...

Koreya bankları SOCAR-ın karbamid zavodunun tikintisinə sərmayə qoyur

Energetika Materials 20 Sentyabr 2015 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir Maksim Tsurkov/

Koreyanın "Eksimbank"ları Sumqayıtda karbamid zavodunun tikintisi üçün SOCAR-a kreditin ayrılmasına razılıq verib. Bunu Trend-ə SOCAR-ın yüksək vəzifəli nümayəndəsi deyib.

Onun sözlərinə əsasən, bu məsələ üzrə danışıqlar davam edir: "Biz "Samsung"la (tikintinin baş podratçısı) Koreya "Eksimbankl"ların layihəyə cəlb edilməsi ilə əlaqədar danışıqlar apardıq. Həmin banklar bu layihəyə vəsaitlərin ayrılmasına razılığını verib".

Mənbə qeyd edib ki, hazırda banklar tərəfindən layihənin qiymətləndirilməsi aparılır: "Biz artıq aparılan tikinti işləri və avadanlıq üçün 6 ay müddətinə 150 milyon dollar məbləğində kredit almışıq və onu istifadə edirik. Kredit sazişinin əsas şərtləti yaxın vaxtlarda hazırlanacaq. Biz investorlardan qalan məbləği almağa ümid edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti