...

SOCAR Azərbaycanın iri yatağından mənfəət neftinin həcmini açıqlayıb

Energetika Materials 21 Sentyabr 2015 11:50 (UTC +04:00)
Azərbaycanda karbohidrogen hasilatı artımının əsas hissəsi “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları hesabına əldə edilir.
SOCAR Azərbaycanın iri yatağından mənfəət neftinin həcmini açıqlayıb

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycanda karbohidrogen hasilatı artımının əsas hissəsi "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları hesabına əldə edilir. Trend-in məlumatına görə, bu barədə SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadənin "Respublika" qəzetində dərc edilən məqaləsində deyulir.

Onun sözlərinə əsasən, hazırda "Çıraq", "Azəri" və "Günəşli" yatağının dərinsulu hissəsində 87 işləyən quyudan gündə orta hesabla 85 min tondan artıq neft və 35 milyon kubmetr qaz hasil olunur: "İşlənmənin əvvəlindən bu il sentyabr ayının 1-dək "Azəri-Çıraq-Günəşli" yatağından 375,5 milyon ton neft və 111,5 milyard kubmetr qaz hasil edilib".

X.Yusifzadə yazır ki, artıq 16-cı ildir ki, Azərbaycan "Azəri-Çıraq-Günəşli" layihəsi çərçivəsində "mənfəət nefti"ndən gəlir əldə edir: " 2015-ci il sentyabr ayının 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 205,4 milyon ton "mənfəət nefti" satılıb. Mənfəət neftinin həcmi ilbəil artır. Təkcə 2015-ci ilin 8 ayı ərzində "Azəri-Çıraq-Günəşli" yatağından hasil edilmiş 20,9 milyon ton neftin 13,3 milyon tonu, yəni 64 faizi Azərbaycanın payına düşən mənfəət nefti olub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti