Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir Maksim Tsurkov/
SOCAR 2020-ci ilə Azərbaycanın kimya sənayesinin, eləcə də "Azərkimya" İstehsalat Birliyinin tam modernləşdirilməsini həyata keçirməyi planlaşdırır. Trend-in məlumatına görə, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev Azərbaycanın kimya sənayesinin 70 illiyinə həsr edilmiş tədbirdə deyib.
R.Abdullayev qeyd edib ki, əsas vəzifələrimizdən biri də "SOCAR Polymer" layihəsi çərçivəsində tikiləcək yeni zavodların xammalla təmin edilməsidir: "Modernləşdirmə proqramının reallaşdırılmasında ilk addım köhnə müəssisələrin ləğv edilməsi oldu".