...

Azərbaycan nefti yenə ucuzlaşıb

Energetika Materials 31 Oktyabr 2015 12:34 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 30-da 49,78 dollar/barel təşkil edib.
Azərbaycan nefti yenə ucuzlaşıb

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir Ənvər Məmmədov/

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 30-da 49,78 dollar/barel təşkil edib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) Trend-ə verilən məlumata görə, cümə günü neftin qiyməti cümə axşamına nisbətən nisbətən 0,39 dollar/barel azalıb.

"Azeri Light" növlü neft Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" nefti Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

Türkiyənin Ceyhan limanı şərtləri ilə FOB bazisi üzrə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 30-da 48,62 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,41 dollar/barel azdır.

Azərbaycan neftinin URALS növü Novorossiysk limanından satılır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 30-da 44,89 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,39 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti oktyabrın 30-da 48,16 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,29 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti