...

"Pirallahı-quru"da 2 yeni quyu istismara verilib

Energetika Materials 4 Noyabr 2015 16:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

"Pirallahı-quru" yatağında 2 quyu qazmadan sonra istismara verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, Qirməki Altı Lay Dəstəsinə qazılmış 1144 nömrəli quyu 825-810 metr intervaldan gündəlik 6,5 ton neft ilə istismara daxil edilib.

Qirməki Lay Dəstəsinə qazılmış 1145 nömrəli quyu isə 867-857 metr intervaldan sutkalıq 6 ton neft ilə istismara daxil edilib.

Qeyd edək ki, quyular "Azneft" İB-nin "Abşeronneft" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən qazılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti