...

"Neft Daşları"nda yeni quyu istismara verilib

Energetika Materials 18 Noyabr 2015 15:58 (UTC +04:00)
“Neft Daşları” yatağındakı 1887 nömrəli dərin dəniz özülündən 2678 nömrəli quyu qazmadan sonra istismara verilib.
"Neft Daşları"nda yeni quyu istismara verilib

Bakı. Trend:

"Neft Daşları" yatağındakı 1887 nömrəli dərin dəniz özülündən 2678 nömrəli quyu qazmadan sonra istismara verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Fasilə Lay Dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib, 2500-2493 metr intervaldan sutkalıq 24 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti