...

Azərbaycan neftinin qiymətləri: 18-22 yanvar həftəsinin yekunları

Energetika Materials 23 Yanvar 2016 13:03 (UTC +04:00)

Bakı. Maksim Tsurkov - Trend:

Ötən həftə (18-22 yanvar) ərzində Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən AZERI LT (CIF) növlü neftin orta qiyməti 30,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 1,11 dollar/barel azdır.

Trend-in məlumatına görə, ötən həftə ərzində AZERI LT-nin qiyməti maksimum 33,06, minimum isə 28,82 dollar/barel təşkil edib.

18-22 yanvar həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 25,33 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 0,87 dollar/barel azdır.

Ötən həftə ərzində URALS-ın qiyməti maksimum 27,68, minimum isə 23,73 dollar/barel olub.

18-22 yanvar həftəsində "Brent Dated" növünün orta qiyməti 27,81 dollar/barel təşkil edib. Bu rəqəm ötən həftənin göstəricisindən 1,21 dollar/barel azdır.

Ötən həftə "Brent"in maksimum qiyməti 30,21 dollar, minimum isə 25,99 dollar/barel təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti