Bakı. Maksim Tsurkov - Trend:
Macarıstan "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində Azərbaycan qazının tədarük edilməsinə olduqca ümid edir. Bunu Trend-ə Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski deyib.
Onun sözlərinə görə, enerji əməkdaşlığı iki ölkə arasındakı münasibətlərin vacib istiqamətlərindən biridir: "Azərbaycan qaz tədarükü məsələsində təkcə Macarıstanın deyil, həm də bütün Avropanın strateji tərəfdaşıdır. Ölkənin həm özünün potensialı mövcuddur, həm də qonşu ölkələrdən qaz tranzit etmək imkanı var, buna görə də bu məsələlərdə Azərbaycanı qabaqlamaq olduqca çətindir".
Səfir qeyd edib ki, Macarıstan "Cənub Qaz Dəhlizi" üzrə Avropaya qaz tədarükünün nə vaxt başlayacağını gözləyir: "Biz ümid edirik ki, Macarıstan üçün də əlavə qaz həcmləri tapılacaq. Görürəm ki, neftin qiymətinin azalmasına baxmayaraq, bu layihələr reallaşdırılır və bu bizi, investorları və Avropadakı tərəfdaşlarımızı sakitləşdirir".