...

Kürdəmirin daha bir kəndinə ilk dəfə qaz verildi

Energetika Materials 25 Fevral 2016 16:04 (UTC +04:00)
Kürdəmirin Sovlar kəndinə ilk dəfə təbii qaz verilib.
Kürdəmirin daha bir kəndinə ilk dəfə qaz verildi

Bakı. Trend:

Fevralın 25-də Kürdəmir rayonunun Sovlar kəndinə ilk dəfə təbii qaz verilib.

Trend-in məlumatına görə, bu münasibətlə keçirilmiş mərasimdə rayon İcra Hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 164 abonenti olan Sovlar kəndinin ilk dəfə qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 25 802 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Çıxış edənlər kəndə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti