Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 17:10-da yayılıb)
Bakı. Azad Həsənli - Trend:
Azərbaycanın "Cənub Qaz Dəhlizi" layihəsində payının maliyyələşdirilməsi ilə bağlı heç bir problemi olmayacaq.
Trend-in məlumatına görə, bunu energetika naziri Natiq Əliyev "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısının yekunları üzrə mətbuat konfransında deyib.
O, əlavə edib ki, 2016-cı ilin aprelində Transadriatik (TAP) boru kəməri layihəsi üzrə maliyyə məsələləri həll ediləcək.
Nazir qeyd edib ki, dünya iqtisadi böhranı "Cənub Qaz Dəhlizi" çərçivəsində layihələrin maliyyələşdirilməsinə təsir etməyəcək: "Cənub Qaz Dəhlizi" və "Şahdəniz" layihələri üzrə tərəfdaşların da belə problemləri yoxdur".