...

“Neft Daşları” yatağında estakadalar əsaslı təmir edilib

Energetika Materials 17 Mart 2016 11:35 (UTC +04:00)
NQÇİ-nin istismar etdiyi 111-239 saylı və 1711-1923 saylı meydançalararası estakadalar “Neftqaztikinti” Tresti tərəfindən əsaslı təmir edilərək istismara verilib.
“Neft Daşları” yatağında estakadalar əsaslı təmir edilib

Bakı. Trend:

"Neft Daşları" Neft və Qazçıxarma İdarəsində yerləşən istehsalat obyektlərinin, həmçinin texnoloji avadanlıqların təhlükəsiz istismarının təmin edilməsi, mövcud hasilat quyularının səmərəliliyinin artırılması məqsədilə estakadaların təmirinə böyük önəm verilir. Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, NQÇİ-nin istismar etdiyi 111-239 saylı və 1711-1923 saylı meydançalararası estakadalar "Neftqaztikinti" Tresti tərəfindən əsaslı təmir edilərək istismara verilib. 111-239 saylı meydançalararası estakadanın 338 metrlik hissəsi, 1711-1923 saylı meydançalararası estakadanın isə 477 metrlik hissəsi təmir olunub.

Əsaslı təmir işləri zamanı estakadaların altındakı metal-konstruksiyasılar yeniləri ilə əvəz olunub, möhkəmləndirici svaylar vurulub, ferma və rigellər yığılıb, çəp dirəklər qaynaq olunub. Estakadanın üst hissəsində isə məhəccər çəpərlər təmir olunub, yeni dəfedicilər quraşdırılıb, dəmir-beton tavalar yeniləri ilə əvəzlənib, elektrik dirəkləri yenilənmiş, yeni asfalt-beton örtüyü salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti