Bakı. Trend:
"Neft Daşları" yatağındakı 418 saylı estakadayanı meydançadan 2618 nömrəli quyu qazmadan sonra istismara verilib. Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyu 1122-1119 metr intervaldan sutkalıq 5 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.