...

Azərbaycan Rusiyadan 5 milyard kubmetrədək qaz almaq istəyir (ƏLAVƏ OLUNUB)

Energetika Materials 11 May 2016 13:45 (UTC +04:00)
SOCAR Rusiyanın "Qazprom" şirkətinə ildə 3-5 milyard kubmetrədək qaz almaq barədə təklif göndərib.
Azərbaycan Rusiyadan 5 milyard kubmetrədək qaz almaq istəyir (ƏLAVƏ OLUNUB)

Bakı. Maksim Tsurkov - Trend:

SOCAR Rusiyanın "Qazprom" şirkətinə ildə 3-5 milyard kubmetrədək qaz almaq barədə təklif göndərib. Trend-in məlumatına görə, bunu jurnalistlərə SOCAR prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, Rusiya şirkəti ilə danışıqlarda hələ irəliləyiş yoxdur.

R.Abdullayev qeyd edib ki, Azərbaycan qazı, əsasən, Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraqlı-Günəşli" neft-qaz yataqlar blokunda laylara vurmaq üçün lazımdır, yəni neftin sabit hasilatını saxlamaq üçün lazımdır: "Qaz alışı bizə onun laylara vurulma həcmini artırmağa, eləcə də hazırda təqribən 3,5 milyard kubmetr tutumu olan qaz anbarlarının gücünü sınaqdan keçirməyə imkan verəcək, lakin onları nəzəri olaraq 5 milyard kubmetrədək genişləndirmək mümkündür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti