...

Şəki və Zərdabın kəndlərinə ilk dəfə qaz verilib

Energetika Materials 24 May 2016 15:09 (UTC +04:00)
Şəki və Zərdab rayonlarının daha 2 kəndinə ilk dəfə təbii qaz verilib.
Şəki və Zərdabın kəndlərinə ilk dəfə qaz verilib

Bakı. Trend:

Mayın 24-də Şəki və Zərdab rayonlarının daha 2 kəndinə ilk dəfə təbii qaz verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəki rayonunun 214 abonentlik Köndələn kəndinin qazlaşdırılması ilə əlaqədar keçirilmiş tədbirdə bildirilib ki, bu məqsədlə birpilləli sistem əsasında 18 080 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Zərdab rayonunda keçirilmiş mərasimdə isə vurğulanıb ki, 253 abonenti olan Körpükənd kəndinin ilk dəfə qazlaşdırılması zamanı ümumi uzunluğu 26 kilometrdən artıq polietilen və metal borularla qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Tədbirdə çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri kəndlərə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti