...

Daha bir kəndin problemi həll olundu

Energetika Materials 2 İyun 2016 23:06 (UTC +04:00)
İyunun 2-də Zərdab rayonunun Şəftəhal kəndinə ilk dəfə təbii qaz verilib.
Daha bir kəndin problemi həll olundu

Bakı. Trend:

İyunun 2-də Zərdab rayonunun Şəftəhal kəndinə ilk dəfə təbii qaz verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 169 abonenti olan kəndin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 22 540 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri kəndə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti