Bakı. Maksim Tsurkov – Trend:
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 2016-cı ilin iyun ayında dövlət büdcəsinə 98,96 milyon manat vəsait ödənilib.
Trend-in SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, ümumiyyətlə, cari ilin yanvar-iyun aylarında büdcəyə 661,742 milyon manat vəsait ödənilib. 2015-ci ilin analoji dövründə bu göstərici 728,73 milyon manat təşkil edib.
Bundan əlavə, bu ilin iyun ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 12,17 milyon manat vəsait köçürüb. Qeyd edək ki, bu göstərici ötən ilin iyun ayı ilə müqayisədə 231 min manat və ya 101,9 faiz çox olub.
Ümumiyyətlə, 2016-cı ilin yanvar-iyun aylarında SOCAR tərəfindən DSMF-yə ödəniş 69, 53 milyon manat təşkil edib. 2015-ci ilin eyni dövründə bu rəqəm 69,78 milyon manat olub.