...

Yeraltı qaz anbarlarına nə qədər qaz vuruldu?

Energetika Materials 3 Noyabr 2016 07:58 (UTC +04:00)
Azərbaycanın yeraltı qaz anbarlarında aktiv qazın həcmi 2,96 milyard kubmetr təşkil edir.
Yeraltı qaz anbarlarına nə qədər qaz vuruldu?

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycanın yeraltı qaz anbarlarında aktiv qazın həcmi 2,96 milyard kubmetr təşkil edir. Trend-in məlumatına görə, bunu “Natural Gas World” jurnalına müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) neft-qaz daşınması və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti Rəhman Qurbanov deyib.

R.Qurbanovun sözlərinə görə, hazırda qaz ehtiyatlarının 981 milyon kubmetri ötən ilki qalıq həcminə aiddir.

Ölkədəki yeraltı qaz anbarları 3,5 milyard kubmetr qazın saxlanmasına imkan verir. Azərbaycanda iki yeraltı Qalmaz və Qaradağ anbarları fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti