...

Neftimiz yenə ucuzlaşıb

Energetika Materials 4 Noyabr 2016 12:17 (UTC +04:00)

Bakı. Maksim Tsurkov - Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 3-də 46,3 dollar/barel təşkil edib ki, bu da noyabrın 2-nə olan göstəricidən 0,28 dollar/barel azdır.

Bunu Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə deyib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 3-də 45,73 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,27 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 3-də 42,4 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,33 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti noyabrın 22-də 43,95 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,23 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti