...

Bakının turizm potensialı İndoneziya mediasının gündəmində (FOTO)

Energetika Materials 27 Dekabr 2016 14:28 (UTC +04:00)
“CNN Indonesia”nın internet səhifəsində Bakının turizm potensialı haqqında “Bakı şəhərində tarix Avropanın Asiya dadından zövq alır” başlıqlı yerli dildə məqalə dərc olunub.
Bakının turizm potensialı İndoneziya mediasının gündəmində  (FOTO)

Bakı. Trend:

“CNN Indonesia”nın internet səhifəsində Bakının turizm potensialı haqqında “Bakı şəhərində tarix Avropanın Asiya dadından zövq alır” başlıqlı yerli dildə məqalə dərc olunub.

Azərbaycanın İndoneziyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, İçəri Şəhər, Qız qalası, Şirvanşahlar sarayı, Atəşgah, Heydər Əliyev Mərkəzi, Bakı bulvarı və Alov qüllələri haqqında məlumat verən məqalə bu məkanları Bakıda görməli yerlərdən bəziləri olaraq sadalayır.

Bakının ən təhlükəsiz şəhər olduğuna diqqət çəkilir və qeyd edilir ki, bu işıqlı şəhərdə siz hətta gecə yarısı belə turistlərin öz ailələri ilə birlikdə rahatlıqla gəzdiklərini görəcəksiniz.

“TripAdvisor” adlı məşhur turizm portalının Bakı şəhərini Asiyada turistlərin tərcih etdiyi bir nömrəli şəhər olaraq qeyd etdiyi oxucuların diqqətinə çatdırılır.

Məqalə ilə tanış olmaq aşağıdakı internet keçidinə mümkündür.

http://www.cnnindonesia.com/gaya-hidup/20161223181623-269-181858/menikmati-sejarah-eropa-rasa-asia-di-kota-baku/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti