...

SOCAR dövlət büdcəsi və DSMF-yə ödənişləri artırıb

Energetika Materials 9 Fevral 2017 17:40 (UTC +04:00)

Bakı. Trend:

Dövlət Neft Şirkəti tərəfindən 2017-ci ilin yanvar ayında dövlət büdcəsinə 128 milyon 187 min manat vəsait ödənilib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, bu göstərici 2016-cı ilin yanvar ayı ilə müqayisədə 10 milyon 505 min manat və ya 108,9 faiz çox olub.

Bundan əlavə, bu ilin yanvar ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 507 min manat vəsait köçürüb. Bu, 2016-cı ilin analoji dövrü ilə müqayisədə 2 milyon 379 min manat və ya 123,5 faiz çox olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti