...

Türkiyə BTC və TANAP layihələrini dəstəkləməyə davam edəcək - nazir

Energetika Materials 9 İyul 2017 22:50 (UTC +04:00)
Türkiyə regionda enerji layihələrinin icrasında iştirak edən əsas ölkələrdən biridir
Türkiyə BTC və TANAP layihələrini dəstəkləməyə davam edəcək - nazir

Bakı. Trend:

Türkiyə regionda enerji layihələrinin icrasında iştirak edən əsas ölkələrdən biridir. Trend-in məlumatına görə, bunu 22-ci Dünya Neft Konqresində çıxış edən Türkiyənin energetika və təbii resurslar naziri Berat Albayrak deyib.

Onun sözlərinə görə, Türkiyə enerji təhlükəsizliyinin təmin olunması istiqamətində yönəlmiş investisiyaları dəstəkləməyə davam edəcək.

"Bakı-Tbilisi-Ceyhan boru kəməri və Transanadolu (TANAP) qaz kəməri bunun bariz nümunədir", - deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti