...

İran Türkmənistandan asılılığını azaltdı - Yeni qaz kəməri işə düşdü (FOTO)

Energetika Materials 1 Avqust 2017 15:37 (UTC +04:00)
İranda Damğan-Kiasar-Sari magistral qaz kəmərinin istismara verilməsinin rəsmi mərasimi keçirilib
İran Türkmənistandan asılılığını azaltdı - Yeni qaz kəməri işə düşdü (FOTO)

Bakı. Dalğa Xatınoğlu, Azad Həsənli - Trend:

İranda Damğan-Kiasar-Sari magistral qaz kəmərinin istismara verilməsinin rəsmi mərasimi keçirilib.

Mərasimdə İranın neft naziri Bijan Zənganə və digər rəsmi şəxslər iştirak edib.

Ölkənin Neft Nazirliyindəki mənbədən Trend-ə verilən məlumata görə, uzunluğu 170 kilometr olan qaz kəməri layihəsinin dəyəri 250 milyon dollar təşkil edib.

Qaz kəmərinin buraxılış gücü sutkada 40 milyon kubmetrə bərabərdir.

Mənbənin məlumatına görə, bu kəmər İranın 6 şimal əyalətini qazla təmin edəcək və ölkənin Türkmənistan qazından asılılığını azaldacaq.

Qeyd edək ki, Türkmənistan bu ilin yanvar ayında iki milyard dollar borca görə İrana qaz tədarükünü dayandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti