...

SOCAR Türkiyədə 4 yeni lisenziya alıb

Energetika Materials 16 Avqust 2017 11:51 (UTC +04:00)
EPDK Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin törəmə şirkəti “SOCAR Turkey Energy”yə daha dörd lisenziya verib.
SOCAR Türkiyədə 4 yeni lisenziya alıb

Bakı. Maksim Tsurkov - Trend:

Türkiyənin Enerji bazarının tənzimlənməsi qurumu - EPDK Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin törəmə şirkəti “SOCAR Turkey Energy”yə daha dörd lisenziya verib.

Trend-in məlumatına görə, EPDK “SOCAR Turkey Energy”yə maye qazın 15 il müddətinə saxlanılması üçün lisenziya, neft məhsullarının 15 il müddətinə saxlanması üçün iki lisenziya və neft məhsullarının saxlanması üçün daha bir lisenziya verib.

Ümumilikdə EPDK elektrik enerjisi, neft və təbii qaz sahələrində fəaliyyət göstərən 21 şirkətə lisenziya verib, 24 şirkətin lisenziyası geri çağırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti