...

“Neft Daşları”ında yeni quyu istismara verilib

Energetika Materials 18 Avqust 2017 15:20 (UTC +04:00)
“Neft Daşları” yatağındakı 620A nömrəli stasionar dəniz özülündən 2621 nömrəli quyu qazmadan sonra istismara verilib.
“Neft Daşları”ında yeni quyu istismara verilib

Bakı. Trend:

“Neft Daşları” yatağındakı 620A nömrəli stasionar dəniz özülündən 2621 nömrəli quyu qazmadan sonra istismara verilib.

SOCAR-dan Trend-ə verilən məlumata görə, Kompleks Qazma İşləri Tresti tərəfindən fasilə lay dəstəsinə qazılan quyu qazlift üsulu ilə məhsul verib, 1436-1430 metr intervaldan sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti