...

Səfir: TAP ilə bağlı işlər İtaliyada qrafikə uyğun aparılır

Energetika Materials 7 Sentyabr 2017 10:55 (UTC +04:00)
Transadriatik boru kəməri (TAP) layihəsinin icrası ilə bağlı işlər İtaliya ərazisində qrafikə uyğun aparılır.
Səfir: TAP ilə bağlı işlər İtaliyada qrafikə uyğun aparılır

Bakı. Ənvər Məmmdov - Trend:

Transadriatik boru kəməri (TAP) layihəsinin icrası ilə bağlı işlər İtaliya ərazisində qrafikə uyğun aparılır.

Trend-in məlumatına görə, bunu İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari deyib.

Diplomat qeyd edib: "Bizim əsas məqsədimiz işlərin tam yekunlaşması və boru kəmərinin 2020-ci ilə istismara verilməsidir. Deyə bilərəm ki, bütün işlər müəyyən edilmiş qrafikə uyğun aparılır".

Boru kəmərinin keçəcəyi ərazidə zeytun ağacları ilə bağlı problemə gəlincə, A.Massari bildirib ki, fikir ayrılığı artıq aradan qaldırılıb:

"Ağaclar kökləri ilə birlikdə götürülüb və boru kəmərinin çəkilişindən sonra yenidən basdırılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti