...

İlin əvvəlindən 66 quyu təhvil verilib

Energetika Materials 3 Noyabr 2017 11:25 (UTC +04:00)
Oktyabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 11284 metr qazma işi həyata keçirilib.
İlin əvvəlindən 66 quyu təhvil verilib

Bakı. Trend:

Oktyabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 11284 metr qazma işi həyata keçirilib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, bu sahədə görülmüş işlərin 10343 metri istismara, 941 metri isə kəşfiyyata aid olub.

Ümumiyyətlə, 2017-ci ilin yanvar-oktyabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 114909 metr qazma işi görülüb ki, bunun da 106593 metri istismara, 8316 metri isə kəşfiyyata aid olub. 2017-ci ilin oktyabr ayında proqnozlaşdırılan 7 quyuya qarşı faktiki olaraq 10 quyu qazmadan alınaraq mədənçilərə təhvil verilib. Quyulardan 2-si “Neft Daşları”, 2-si “Qərbi Abşeron”, 2-si “Pirallahı”, qalanları isə “Bulla-dəniz”, “Qaradağ”, “Səadan” və “Darvin bankası” yataqlarında qazılıb.

Ümumiyyətlə, ilin əvvəlindən 66 quyuda qazma işləri uğurla başa çatdırılaraq təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti