...

"SOCAR GPC" kompleksinin istismara verilmə tarixi açıqlandı (YENİLƏNİB)

Energetika Materials 29 Noyabr 2017 09:40 (UTC +04:00)
"SOCAR GPC" kompleksinin istismara verilmə tarixi açıqlandı.
"SOCAR GPC" kompleksinin istismara verilmə tarixi açıqlandı (YENİLƏNİB)

Bakı. Ləman Zeynalova - Trend:

"SOCAR GPC" Qaz emalı və neft-kimya kompleksinin 2022-ci ildə istismara verilməsi planlaşdırılır.

Trend-in məlumatına görə, bu barədə SOCAR GPC-nin baş direktorunun müavini Fuad Əhmədov Bakıda keçirilən "Xəzər və Mərkəzi Asiyanın neft emalı və neft-kimyası" konfransında deyib.

F.Əhmədov qeyd edib ki, bu layihənin əsas məqsədlərindən biri qaz emalının gəlirliliyini artırmaq, faydalı fraksiyalar əldə etmək və polimer istehsalını təmin etməkdir:

"Söhbət gücü ildə 10 milyard kubmetr olan qaz emalı zavodunun və gücü ildə 600 min ton olan polimer zavodunun tikintisindən gedir. Layihə üçün 10 milyard kubmetr qaz tədarük ediləcək ki, bu da emal zavodunda emal olunacaq. İldə təqribən 600 min ton polietilen və 130 min ton propilen istehsal ediləcək".

Onun sözlərinə görə, istehsal olunacaq propilenin bir hissəsi ixrac edilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti