...

Tillerson: ABŞ İGB layihəsini dəstəkləməyə davam edəcək

Energetika Materials 13 Dekabr 2017 14:35 (UTC +04:00)
ABŞ Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) layihəsini dəstəkləməyə davam edəcək.
Tillerson: ABŞ İGB layihəsini dəstəkləməyə davam edəcək

Bakı. Ləman Zeynalova - Trend:

ABŞ Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) layihəsini dəstəkləməyə davam edəcək.

Trend-in məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson Dövlət Departamentində “ABŞ və Avropa: Qərblə ittifaqın gücləndirilməsi” mövzusunda çıxışında deyib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar Avropa Enerji İttifaqından kənardakı hər hansı bir ölkənin digər dövlətləri təhdid etmək məqsədilə öz resurslarından və yaxud mövqeyindən istifadə etməsinə imkan verməmək üçün Avropadakı infrastruktur layihələrini, eləcədə Polşadakı sıxılmış təbii qaz qəbul edən müəssisələrin və Yunanıstanla Bolqarıstan arasındakı birləşdirici boru xəttinin inşasını dəstəkləməyə davam edəcək.

R.Tillerson həmçinin qeyd edib ki, ucuz, etibarlı, çoxtərəfli və təhlükəsiz enerji təchizatının təmin olunması vasitəsilə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi milli təhlükəsizlik məqsədləri baxımından fundamental rol oynayır: "Birləşmiş Ştatlar sıxılmış təbii qaz və ABŞ-da istehsal olunan xam neftin ixracını tənzimləyən qaydaları yumşaldır və biz, Avropaya çoxşaxəli təchizatı təmin edəcək terminalların və boru xətlərinin inşası kimi tələb olunan infrastrukturun qurulması istiqamətində avropalı müttəfiqlərimizlə birgə çalışmaqda maraqlıyıq".

Bolqarıstan və Yunanıstan IGB-nin tikintisi yolu ilə Cənub Qaz Dəhlizi layihələrinə qoşulmaq imkanları və bununla da Azərbaycan qazı əldə edəcək.

Layihənin dəyəri 240 milyon avro dəyərində ölçülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti