...

Energetika naziri Səudiyyə Ərəbistanına gedir

Energetika Materials 12 Yanvar 2018 18:36 (UTC +04:00)
Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanına səfər edəcək.
Energetika naziri Səudiyyə Ərəbistanına gedir

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanına səfər edəcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falihin dəvəti ilə energetika naziri P.Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti 13-16 yanvarda bu ölkədə səfərdə olacaq.

Səfər zamanı keçiriləcək görüşlərdə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, “Saudi Aramco” şirkəti ilə əməkdaşlıq perspektivləri, eləcə də dünya neft bazarının tənzimlənməsi istiqamətində Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) çərçivəsində Azərbaycanla Səudiyyə Ərəbistanı arasında mövcud əlaqələrin inkişafına dair bir sıra məsələlərin müzakirəsi planlaşdırılır.

Nümayəndə heyətinin Səudiyyə Ərəbistanında bir sıra istehsalat komplekslərinə baş çəkməsi də nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti