...

Azərbaycan neftinin SON QİYMƏTİ

Energetika Materials 29 Yanvar 2018 23:03 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 71,84 dollar/barel təşkil edib.
Azərbaycan neftinin SON QİYMƏTİ

Trend-i buradan izləyin

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 71,84 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 0,34 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin sonuncu qiyməti 71,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,35 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin sonuncu qiyməti isə 68,2 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,33 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 70,03 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,55 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti