...

Azərbaycan Türkiyəyə qaz ixracını artırıb

Energetika Materials 23 Fevral 2018 12:19
2017-ci ildə Azərbaycan Türkiyəyə 6,54 milyard kubmetr qaz tədarük edib.
Azərbaycan Türkiyəyə qaz ixracını artırıb

Trend-i buradan izləyin

Bakı. Maksim Tsurkov - Trend:

2017-ci ildə Azərbaycan Türkiyəyə 6,54 milyard kubmetr qaz tədarük edib.

Trend bu barədə Türkiyənin Enerji Bazarlarının Nizamlanması İdarəsinin hesabatına istinadən məlumat verir.

Hesabatda qeyd olunur ki, 2016-cı ildə bu göstərici 6,48 milyard kubmetrə bərabər idi.

Ötən il Türkiyə 55,2 milyard qaz idxal edib ki, ondan 44,43 milyardı boru kəmərləri, 10,76 milyard kubmetri mayeləşdirilmiş təbii qaz idxalının payına düşüb.

Türkiyənin təbii qaz idxalında Azərbaycanın payı 11,9 faiz təşkil edib.

Qeyd edək ki, Türkiyə Azərbaycandan Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsilə qaz idxal edir.

Xəbər lenti

Xəbər lenti