...

Rövnəq Abdullayev: SOCAR qlobal transmilli korporasiyaya çevrilib (YENİLƏNİB)

Energetika Materials 30 May 2018 11:54 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) xarici bazarlarda rəqabət qabiliyyətli qlobal transmilli korporasiyaya çevrilib
Rövnəq Abdullayev: SOCAR qlobal transmilli korporasiyaya çevrilib (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) xarici bazarlarda rəqabət qabiliyyətli qlobal transmilli korporasiyaya çevrilib.

Trend-in məlumatına görə, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev 25-ci Beynəlxalq Neft və Qaz konfransı zamanı deyib.

O bildirib ki, SOCAR-ın bu nailiyyətlərinin əsasını qoyan səhifə 1994-cü ildə "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi üzrə əsrin müqaviləsinin imzalanması oldu:

““Azəri-Çıraq-Günəşli” blokunun işə başlamasından Azərbaycan 132 milyard dollardan çox xalis mənfəət əldə edib. Hasilat 446 milyon ton neft təşkil edib. “Şahdəniz” yatağından 91 milyard kubmetr qaz və 23 milyon ton kondensat hasil edilib”.

R.Abdullayev həmçinin “Cənub Qaz Dəhlizi”nin işə salınmasının SOCAR-ın mövqeyinin möhkəmləndirilməsi üçün əhəmiyyətindən danışıb:

“İyun ayında TANAP qaz kəmərinin 0 mərhələsi işə salınacaq, 1-ci mərhələ isə 2019-cu ilin sonunadək hazır olacaq. Avropa ən perspektivli qaz bazarıdır və 2020-ci ildə TAP qaz kəmərinin işə salınması ilə Azərbaycan qazı bu bazara daxil olacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti