Bakı. Maksim Tsurkov - Trend:
“Cənub Qaz Dəhlizi” təkcə Azərbaycana yox, həm də Gürcüstan, Türkiyə və Avropa ölkələrinə xeyir verəcək bir layihədir.
Trend-in məlumatına görə, bunu SOCAR-ın Birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.
X.Yusifzadənin sözlərinə görə, bu layihə bütün iştirakçıları üçün böyük əhəmiyyət daşıyır:
“Bu layihənin əhəmiyyətini qiymətləndirmək mümkün deyil. İnfrastruktur olmadan böyük həcmdə qaz hasilatı əhəmiyyət daşımır. Bizim iri qaz ehtiyatlarımız var. Gələcəkdə də böyük perspektivlər var. “Cənub Qaz Dəhlizi” çərçivəsində yaradılmış infrastruktur sayəsində Azərbaycan xarici bazarlara milyardlarla kubmetr qaz tədarük edə biləcək”.