...

Azərbaycan neftinin 1 bareli 76 dollara çatır

Energetika Materials 21 İyun 2018 23:20 (UTC +04:00)
Azərbaycan neftinin 1 bareli 76 dollara çatır.
Azərbaycan neftinin 1 bareli 76 dollara çatır

Bakı. İlkin Şəfiyev - Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 20-də 75,78 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,31 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 20-də 75,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,33 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 20-də 72,60 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,35 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyunun 20-də 73,64 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,11 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti