...

Azərbaycanda neft bahalaşıb

Energetika Materials 17 Avqust 2018 23:15 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 72,61 dollar/barel təşkil edib
Azərbaycanda neft bahalaşıb

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 72,61 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,93 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 16-da 71,84 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,93 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 16-da 68,34 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,93 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 16-da 69,83 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,96 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti