Bakı. İlkin Şəfiyev - Trend:
"Norton Rose Fulbright" beynəlxalq hüquq şirkəti Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyinin (MIGA) zəmanəti altında kreditorlar konsorsiumunun Transanadolu boru kəməri (TANAP) layihəsi üçün maliyyə ayrılması barədə qərarını dəstəkləyib.
Trend-in məlumatına görə, zəmanətin dəyəri 1,1 milyard dollar təşkil edir, 15 il müddətinə təqdim olunur. Kreditdən "Cənub Qaz Dəhlizi" QSC istifadə edəcək.
Dünya Bankı Qrupuna daxil olan MIGA-nın zəmanəti Azərbaycan QSC-nin kredit üzrə ödəniş öhdəliyinə suveren zəmanəti yerinə yetirməyəcəyi təqdirdə müdafiəni təmin edəcək.
Kreditorlar konsorsiumu "AKA Bank", "Citi", "Crédit Agricole CIB", ING, LBBW, "Santander" və "Société Générale"-dən ibarətdir.