...

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Energetika Materials 17 Oktyabr 2018 23:00 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşmaqda davam edir.
Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 16-da 81,69 dollar/barel təşkil edib ki, bu da bazar ertəsi gününə olan göstəricidən 0,12 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 16-da 80,90 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,12 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 16-da 77,89 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,14 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 16-da 81 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,04 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti