...

“Azərenerji” ASC yanvarda qonşu ölkələrə 191.9 milyon kvts elektrik enerjisi ixrac edib

Energetika Materials 4 Fevral 2019 15:46 (UTC +04:00)
“Azərenerji” ASC arxada qalan yanvar ayı ərzində 2.126 milyard kvts elektrik enerjisi istehsal edib.
“Azərenerji” ASC yanvarda qonşu ölkələrə 191.9 milyon kvts elektrik enerjisi ixrac edib

Bakı. Trend:

“Azərenerji” ASC arxada qalan yanvar ayı ərzində 2.126 milyard kvts elektrik enerjisi istehsal edib.

ASC-dən Trend-ə verilən məlumata görə, bu isə ötən ilin yanvar ayı ilə müqayisədə 3 milyon kvts çoxdur. Belə ki, ötən ilin yanvar ayında 2.123 milyard kvts elektrik enerjisi istehsal edilmişdi.

Bu ilin yanvar ayında istehsal edilən 2.126 milyard kvts elektrik enerjisindən 191.9 milyon kvts qonşu ölkələrə ixrac olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti