...

Qocaman neftçinin 90 illik yubileyi qeyd edilib (FOTO/VİDEO)

Energetika Materials 12 Fevral 2019 17:53 (UTC +04:00)
Bu günlərdə qocaman neftçi, kimyaçı alim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Riza-Kulu Ağasiyevin 90 yaşı tamam olub.
Qocaman neftçinin 90 illik yubileyi qeyd edilib (FOTO/VİDEO)

Bakı. Trend:

Bu günlərdə qocaman neftçi, kimyaçı alim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Riza-Kulu Ağasiyevin 90 yaşı tamam olub.

SOCAR-dan Trend-ə verilən məlumata görə, qocaman netçini 90 illik yubileyi münasibəti ilə şirkətin vitse-prezidenti David Məmmədov və şirkət rəhbəliyinin nümayəndələri evində ziyarət edib, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin və çoxminli neftçilər ailəsinin təbriklərini yubiliyara çatdırıblar.

Qocaman neftçi son illərdə ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında neft, neft-kimya sənayesinin inkişafı istiqamətində görülmüş işlərdən bəhs edib, ona göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib.

R.Ağasıyev Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra ömrünü neft emalı və kimya sənayesi ilə bağlayıb. Əmək fəaliyyətinə neft emalı zavodunda operator vəzifəsində başlayıb, Sumqayıt Kimya Kombinatının direktoru vəzifəsinədək yüksəlib. 25 il Neftayırma və neft kimyası müəssisələrinin layihəndirilməsi İnstitutunun direktoru olan R.Ağasiyev Bakıdakı neft emalı zavodlarının yenidən qurulması ilə yanaşı, Volqoqrad, Fərqanə, Türkmənbaşı, Çimkənd və s. şəhərlərdə yeni neftayırma zavodlarının layihələndirilməsi və istismarı prosesində yaxından iştirak edib. R.Ağasıyevin əməyi dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib, “Şöhrət”, Azərbaycanın əməkdar səmərələşdiricisi fəxri adına və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti