...

Nazir: OPEC+ ölkələri hasilatın azaldılması sazişini 100 faiz icra edəcək

Energetika Materials 18 Mart 2019 16:37 (UTC +04:00)
Neft hasilatının azaldılması barədə OPEC+ sazişinin icrası yaxın aylarda 100 faizə çata bilər
Nazir: OPEC+ ölkələri hasilatın azaldılması sazişini 100 faiz icra edəcək

Bakı. Sara İsrafilbəyova - Trend:

Neft hasilatının azaldılması barədə OPEC+ sazişinin icrası yaxın aylarda 100 faizə çata bilər.

Trend-in məlumatına görə, bunu Bakıda OPEC+ Birgə Monitorinq Komitəsinin 13-cü iclası çərçivəsində jurnalistlərə Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suhail əl-Mazrui deyib.

Nazir bildirib ki, tərəflər fevral ayında öz öhdəliklərini yerinə yetirib: “Bizim məqsədimiz öhdəlikləri yaxın aylarda 100 faiz yerinə yetirməkdir”.

Qeyd edək ki, bu gün Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası keçirilib. Toplantıda 14 neft istehsalçısı olan ölkə və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunub.

İclasda OPEC-in bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın (JTC) fevral ayı üzrə hasilat göstəricilərindən bəhs edən hesabatı müzakirə edilib, həmçinin JTC-nin bazarın balanslaşdırılması üzrə tövsiyələri və neft istehsalının azaldılmasına dair öhdəliklərə əməletmə səviyyəsi nəzərdən keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti