...

Energetika naziri vətəndaşları qəbul edib

Energetika Materials 8 May 2019 16:10 (UTC +04:00)
Energetika naziri Pərviz Şahbazov nazirlikdə vətəndaşları qəbul edib.
Energetika naziri vətəndaşları qəbul edib

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov nazirlikdə vətəndaşları qəbul edib.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, qəbulda Bakı, Gəncə şəhərləri, Şəmkir, Astara, Biləsuvar, Xaçmaz rayonlarının sakinləri iştirak edib.

Vətəndaşların müraciətləri elektrik enerjisi təchizatı, mənzilə qaz xəttinin çəkilməsi, işlə təminat və digər məsələlərlə bağlı olub.

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib, qaldırılan məsələlərin araşdırılaraq qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün nazirliyin struktur bölmələrinə və məsul şəxslərinə tapşırıqlar verib. Nazirliyin fəaliyyətinə aid olmayan müraciətlərin isə qeydiyyata alınaraq müvafiq qurumlara çatdırılması üçün göstərişlər verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti