...

ABŞ Dövlət Departamenti: “Cənub Qaz Dəhlizi” Avropanın enerji nəqlinin şaxələndirilməsi üzrə səylərinin reallaşdırılmasında həlledici rol oynaya bilər

Energetika Materials 29 May 2019 13:56 (UTC +04:00)
“Cənub Qaz Dəhlizi” Avropanın enerji nəqlinin şaxələndirilməsi üzrə səylərinin reallaşdırılmasında həlledici rol oynaya bilər.
ABŞ Dövlət Departamenti: “Cənub Qaz Dəhlizi” Avropanın enerji nəqlinin şaxələndirilməsi üzrə səylərinin reallaşdırılmasında həlledici rol oynaya bilər

Bakı. Fəxri Vəkilov - Trend:

“Cənub Qaz Dəhlizi” Avropanın enerji nəqlinin şaxələndirilməsi üzrə səylərinin reallaşdırılmasında həlledici rol oynaya bilər.

Trend-in məlumatına görə, bunu ABŞ-ın Dövlət katibi köməkçisinin birinci müavini Kent Loqston XXVI Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransı zamanı deyib.

O bildirib ki, “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasında Azərbaycanın uğurları ölkəyə yeni və etibarlı gəlir mənbəyi təqdim edir:

“ABŞ bu layihəni qətiyyətlə dəstəkləyir. Biz qəbul edirik ki, bu layihə Avropanın enerji nəqlinin şaxələndirilməsi üzrə səylərinin reallaşdırılmasında həlledici rol oynaya bilər”.

K.Lonqston əlavə edib ki, ABŞ bundan sonra “Cənub Qaz Dəhlizi” layihəsini dəstəkləyəcək:

“Biz Azərbaycanda enerji sektorunun inkişafı və onun dünya bazarlarına çıxışının təmin olunmasının tərəfdarıyıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti