...

Azərbaycanın "qara qızılı" bahalaşıb

Energetika Materials 7 Oktyabr 2019 23:30 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 61,25 dollar/barel təşkil edib
Azərbaycanın "qara qızılı" bahalaşıb

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 61,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,09 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 59,76 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,95 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 55 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,15 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 58,88 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,07 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti