...

Azərbaycanın Enerji Effektivliyinə dair ilk Milli Fəaliyyət Planının hazırlanmasına başlanılıb

Energetika Materials 24 Oktyabr 2019 10:30 (UTC +04:00)
Enerji Xartiyası Katibliyi enerji səmərəliliyi ilə bağlı qanunvericiliyin hazırlanmasında Azərbaycana dəstək olur.
Azərbaycanın Enerji Effektivliyinə dair ilk Milli Fəaliyyət Planının hazırlanmasına başlanılıb

Bakı. Ləman Zeynalova - Trend:

Enerji Xartiyası Katibliyi enerji səmərəliliyi ilə bağlı qanunvericiliyin hazırlanmasında Azərbaycana dəstək olur.

Trend-in məlumatına görə, bunu Bakıda keçirilən Beynəlxalq Enerji Xartiyası Forumunda çıxış edən Beynəlxalq Enerji Xartiyasının Baş katibi Urban Rusnak deyib.

Baş katib bildirib: "Enerji Xartiyası Katibliyi enerji səmərəliliyi ilə bağlı qanunvericiliyin hazırlanmasında Azərbaycana dəstək olur. Ötən il “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunun ilk layihəsi də tamamlanıb. Bu ilin sonunda yekunlaşdırılması və gələn ilin əvvəlində aidiyyəti orqanlarla müzakirəsi nəzərdə tutulan Azərbaycanın Enerji Effektivliyinə dair ilk Milli Fəaliyyət Planının hazırlanmasına başlanılıb".

Qeyd edək ki, bu gün Bakıda Energetika Nazirliyi və Enerji Xartiyası Katibliyinin birgə təşkilatçılığı ilə “Texnologiya və siyasət innovasiyaları vasitəsilə enerji keçidinin təmin edilməsi” mövzusuna həsr edilən Beynəlxalq Enerji Xartiyası Forumu işə başlayıb.

Foruma 13 ölkənin-Azərbaycan, Türkiyə, Gürcüstan, Avstriya, Çin, Yunanıstan, Albaniya, Xorvatiya, İspaniya, Banqladeş, Bosniya və Hersoqovina, Burundi, Yəmənin yüksək səviyyəli dövlət rəsmiləri, 42 beynəlxalq təşkilat, yerli və xarici enerji şirkətləri, dövlət qurumlarının təmsilçiləri, eləcə də xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, ekspertlər və mediadan ibarət 200-ə yaxın şəxs qatılıb.

55 üzv ölkəni birləşdirən Beynəlxalq Enerji Xartiyası ilə Azərbaycan 20 ildən çoxdur ki, əməkdaşlıq edir. 2018-ci ildə Azərbaycanın Beynəlxalq Enerji Xartiyasının Haaqa II sənədinə qoşulması ilə təşkilatla münasibətlərdə yeni mərhələ başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti