...

AYİB Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafını dəstəkləyəcək

Energetika Materials 24 Oktyabr 2019 14:10 (UTC +04:00)
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın Energetika Nazirliyi ilə birgə ölkədə bərpa olunan enerji mənbələrinin inkişafını dəstəkləyəcək
AYİB Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafını dəstəkləyəcək

Bakı. Anastasiya Savçenko - Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın Energetika Nazirliyi ilə birgə ölkədə bərpa olunan enerji mənbələrinin inkişafını dəstəkləyəcək.

Trend-in məlumatına görə, bunu AYİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri İvana Duarte Bakıda Energetika Nazirliyi və Enerji Xartiyası Katibliyinin birgə təşkilatçılığı ilə “Texnologiya və siyasət innovasiyaları vasitəsilə enerji keçidinin təmin edilməsi” mövzusuna həsr edilən Beynəlxalq Enerji Xartiyası Forumunda deyib.deyib.

O bildirib ki, hazırda AYİB nazirliklə və hökumətlə birgə bu sahədə layihələrlə bağlı fəaliyyət planı hazırlayır:

“Bizim müzakirə etdiyimiz bütün məsələlər bazar, texniki həll yolları baxımından nəzərdən keçirilməlidir. Biz eyni anda Energetika Nazirliyi və digər tərəfdaşlarla birgə bir çox məsələləri həll etməliyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti