...

“Total” şirkəti Azərbaycanda fəaliyyətini genişləndirməyi planlaşdırır

Energetika Materials 31 Yanvar 2020 15:43 (UTC +04:00)

Bakı. Anastasiya Savçenko - Trend:

Fransanın “Total” şirkəti Azərbaycanda fəaliyyətini genişləndirməkdə maraqlıdır.

Bunu Trend-ə “Total - Azerbaijan” və “Total E&P Absheron” şirkətlərinin korporativ xidmətlər üzrə direktoru Anar Rəsulov deyib.

Onun sözlərinə görə, şirkət SOCAR-la sıx əməkdaşlıq edir, hər iki şirkət “Abşeron” layihəsi üzərində birgə işdən məmnundur: “Gələcəkdə “Abşeron” kimi layihələrlə bağlı işlər gözlənilir. Məsələn, “Ümid-Babək” və digər layihələr mövcuddur”.

Qeyd edək ki, “Abşeron” layihəsinin iştirakçıları hərəsi 50 faiz pay sahibi olan SOCAR və “Total” şirkətləridir. Əvvəllər 20 faiz paya sahib olan “Engie” şirkəti 2017-ci ilin iyununda layihəni tərk edib. “Abşeron” strukturu ilə bağlı müqavilə SOCAR və “Total” şirkətləri arasında 2009-cu il fevralında imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti