...

Brent markalı neftin qiyməti düşür

Energetika Materials 5 Fevral 2020 02:17 (UTC +04:00)
OPEK yeni tədbirlər görmədən Brent markalı neftin qiymətinin 60 dollar/barel-dən yuxarı qalxması ehtimalı yoxdur
Brent markalı neftin qiyməti düşür

Bakı. Trend:

OPEK yeni tədbirlər görmədən Brent markalı neftin qiymətinin 60 dollar/barel-dən yuxarı qalxması ehtimalı yoxdur.

Trend-in məlumatına görə, Çində koronavirusun yayılması fonunda bayram tətillərinin uzadılması və hava nəqliyyatları vasitələri ilə daşımalarının azalması səbəblərindən, 2020-ci ildə ölkədə neftə tələbat 2009-cu ildən sonra ilk dəfə düşəcək. Britaniyanın "Wood Mackenzie" konsaltinq şirkəti hesab edir ki, ən böyük idxalçı tərəfindən neft istehlakının azaldılmasını, OPEK-in neftin qiymətinin bir barrel üçün 50 dollardan yuxarı qalması üçün hasilatın azaldılmasın tələb edəcək.

"Wood Mackenzie"ə görə, epidemiyanın yayılmasının qarşısını almaq üçün tədbirlər, o cümlədən hava daşımalarında məhdudiyyətlər, 2020-ci ilin birinci rübündə dünyada neftə olan tələbatın 98.8 milyon b/s-ya qədər azaldılmasına səbəb olacaq. Eyni zamanda, Çinin özündə də neftə olan tələbat 13 milyon b/s-ya düşəcək ki, bu da 2009-cu ildən indiyədək ilk dəfədir.

OPEK ölkələri bu günlərdə vəziyyətlə əlaqədar təcili iclas keçirirlər. Fövqəladə vəziyyətin nə qədər davam edəcəyinin bəlli olmaması OPEC-in yeni məhdudiyyətlərə dair qərar qəbul etməsini çətinləşdirir .

Məqalədə:
Xəbər lenti

Xəbər lenti