...

"Brent" markalı neftin qiyməti 52 dollardan aşağı düşüb (ƏLAVƏ OLUNUB)

Energetika Materials 27 Fevral 2020 06:53 (UTC +04:00)
"Brent" markalı neftin aprel fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında fevralın 27-si saat 06:07 (GMT+4) üçün 1,64 faiz düşərək 51,94 dollar/barel təşkil edib
"Brent" markalı neftin qiyməti 52 dollardan aşağı düşüb (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

"Brent" markalı neftin aprel fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında fevralın 27-si saat 06:07 (GMT+4) üçün 1,64 faiz düşərək 51,94 dollar/barel təşkil edib.

Trend-in məlumatına görə, son dəfə "Brent" markalı neftin qiyməti 52 dollardan aşağı 2018-ci ilin dekabr ayının 26-sı olub.

Məlumata əsasən, "WTI" markalı neftin qiyməti isə 1,40 faiz düşərək, 48,05 dollar təşkil edib.

XXX

04:14

"Brent" markalı neftin aprel fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında fevralın 26-sı saat 22:48 (GMT+4) üçün 2,83 faiz düşərək 52,72 dollar/barel təşkil edib.

Trend-in məlumatına görə, son dəfə "Brent" markalı neftin qiyməti 55 dollardan aşağı 2019-cu ilin yanvar ayının 2-si olub.

Məlumata əsasən, "WTI" markalı neftin qiyməti isə 2,32 faiz düşərək, 48,74 dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti