...

Azərbaycan Belarusa ilk neft partiyasını yola salıb

Energetika Materials 6 Mart 2020 11:02 (UTC +04:00)
Azərbaycan Ceyhan limanından Belarusa 90 min ton həcmində ilk “Azeri Light” markalı neftini göndərib
Azərbaycan Belarusa ilk neft partiyasını yola salıb

Bakı. Trend:

Azərbaycan Ceyhan limanından Belarusa 90 min ton həcmində ilk “Azeri Light” markalı neftini göndərib.

Trend-in məlumatına görə, bunu SOCAR-ın rəsmi nümayəndəsi İbrahim Əhmədov deyib.

O, həmin partiyanın ötən gün axşam yola salındığını bildirib.

İkinci partiyanın isə martın sonundan Supsa limanından Belarusa göndərilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Belarusun “Belneftexim” şirkətinin mətbuat katibinin sözlərinə görə, mart ayında SOCAR Belarus üçün Ukraynanın Odessa limanına iki tanker neft göndərməyi planlaşdırıb. Bu neft daha sonra Odessa-Brodı boru kəməri ilə nəql olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti