Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İsraildə Aşdod neft emalı zavodunun satın alınmasını nəzərdən keçirmir.
Bu barədə Trend-ə şirkətdən məlumat veriblər.
Məlumata əsasən, SOCAR bununla bağlı təklif alıb: “Amma şirkət hazırda bu layihəyə investisiya yerləşdirməyi nəzərdə tutmur”.
Qeyd edək ki, İsrailin “Kalkalist” qəzeti SOCAR-ın Aşdod neft emalı zavodunun satın alınmasında maraqlı olduğunu yazmışdı.